Davudoğlu Heydər Әliyevi və Şəhidlər xiyabanını ziyarət etdi-Fotolar,Yenilənib
Türkiyə Baş Naziri Әhməd Davudoğlunun Azərbaycana rəsmi səfəri davam edir.
Yenicag.az-ın baş redaktoru Aqil Әləsgərin verdiyi xəbərə görə, Davudoğlu Heyətlə birlikdə öncə Fəxri Xiyabanda Ulu Öndər Heydər Әliyevin məzarını ziyarətb etdi. Daha sonra Zərifə xanım Әliyevanın məzarı önünə əklil qoyan Davudoğlu hazırda Şəhidlər Xiyabanını ziyarət edir.
Daha sonra Davudoğlu Türk Şəhidi Abidəsini ziyarət edəcək.