Dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları keçirilir.
Yenicag.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma baş tutub.
Əvvəlcə meydana Danimarka və Avstraliya milliləri çıxıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Fransa isə Peru ilə münasibətlərə aydınlıq gətirib. Avropa təmsilçisi bu oyunda minimal hesabla qalib gəlib.
Günün son matçında isə Argentina Xorvatiya qarşısına aciz qalıb – 0:2. Bununla da Lionel Messinin komandasının qrupdan çıxmaq şansları azalıb.
Dünya çempionatı
II tur, 21 iyun
C qrupu
Danimarka – Avstraliya – 1:1
Qol: Kristian Eriksen, 7 – Mayl Yedinak, 38.
Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)
Samara, “Kosmos Arena”
Fransa – Peru 1:0
Qol: Kilian Mbappe, 34.
Baş hakim: Mohammed Abdulla Hassan (Birləşmiş Ərəb Əmirlikləri)
Yekaterinburq, Mərkəzi stadion
D qrupu
22:00. Argentina – Xorvatiya – 0:3
Qol: Ante Rebiç, 53, Luka Modriç, 80, İvan Rakitiç, 90
Baş hakim: Ravşan İrmatov (Özbəkistan)
Nijni Novqorod. Şəhər stadionu
www.yenicag.az