Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

DÇ-2018-ə cəmi 2 vəsiqə qaldı

Reklam: High Technic

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha bir komandanın adına aydınlıq gəlib.

Yenicag.az xəbər verir ki, bu, Xorvatiya yığmasıdı. Bu ölkənin yığma komandası Avropa zonası üzrə seçmə mərhələnin pley-off mərhələsində sevinən sonuncu kollektiv olub. Doğma meydanda İrlandiya qolsuz bərabərliyə razılaşan danimarkalılar istəklərinə səfərdə 5:1 hesablı möhtəşəm qələbə ilə çatıblar.

Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 30-a çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama, Seneqal, Tunis, Mərakeş, İsveçrə, Xorvatiya və İsveç yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

Növbəti mundialda bütövlükdə 32 komanda mübarizə aparacaq. Qalan 2 iştirakçının da adına tezliklə aydınlıq gələcək.

www.yenicag.az

2465
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM