Sabah Rusiyada sayca 21-ci dünya çempionatına start veriləcək.
Yenicag.az xəbər verir ki, Beynəlxalq Araşdırmalar Mərkəzi mundialda iştirak edəcək 32 komandanın heyəti ilə bağlı araşdırma aparıb.
Nəticədə məlum olub ki, mundialın ən bahalı komandası Fransa millisidir. Heyətində Kylian Mbappe, Paul Poqba, Antuan Qrizman, Osman Dembele, N’Golo Kante, Samuel Umtiti kimi ulduz futbolçular olan fransızların dəyəri 1 milyard 410 milyon avroya bərabərdir.
32 komandanın ümumi dəyəri isə 12,6 milyard avrodur.
Komandaların sıralamasını təqdim edirik:
1. Fransa: 1 milyard 410 milyon
2. İngiltərə: 1 milyard 386 milyon
3. Braziliya: 1 milyard 269 milyon
4. İspaniya: 965 milyon
5. Argentina: 925 milyon
6. Almaniya: 895 milyon
7. Belçika: 835 milyon
8. Portuqaliya: 656 milyon
9. Uruqvay: 529 milyon
10. Xorvatiya: 416 milyon
11. Danimarka: 342 milyon
12. Seneqal: 320 milyon
13. Serbiya: 305 milyon
14. Polşa 293 milyon
15. Kolumbiya: 279 milyon
16. İsveçrə: 246 milyon
17. Misir: 232 milyon
18. Nigeriya: 192 milyon
19. Meksika: 153 milyon
20. İsveç: 152 milyon
21. Mərakeş: 138 milyon
22. Rusiya: 132 milyon
23. Cənubi Koreya: 123 milyon
24. İslandiya: 79 milyon
25. Yaponiya: 61 milyon
26. Peru: 59 milyon
27. Avstraliya: 58 milyon
28. Tunis: 58 milyon
29. Kosta Rika: 49 milyon
30. İran: 40 milyon
31. Səudiyyə Ərəbistanı: 21 milyon
32. Panama: 15 milyon
www.yenicag.az