Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatı davam edir.
Yenicag.az xəbər verir ki, bu gün 1/8 final mərhələsi çərçivəsində daha iki görüş baş tutub.
Öncə mundiala ev sahibliyi edən Rusiya Moskvada İspaniya yığması ilə üz-üzə gəlib. Meydan sahibləri İspaniyaya böyük şok yaşadaraq, penaltilər seriyasında qalib gəlməklə 1/4 finala yüksəliblər.
Günün digər oyununda isə Xorvatiya yığması Danimarka ilə münasibətlərinə aydınlıq gətirib. Bu oyunda da əsas vaxt heç-heçə bitdiyindən, qalib penaltilərlə müəyyənləşib. Sonda sevinən isə xorvatlar olub. Nəticədə, Rusiyanın 1/4 finaldakı rəqibi Xorvatiya olub.
DÇ-2018
1/8 final
1 iyul
18:00. İspaniya – Rusiya 1:1 (penaltilər 3:4)
Qollar: Sergey İqnaşeviç, 12-avtoqol – Artyom Dzyuba, 41-pen.
Baş hakim: Byorn Kuypers (Hollandiya).
Moskva. “Lujniki” stadionu.
22:00. Xorvatiya – Danimarka 1:1 (penaltilər 3:2)
Qollar: Mario Mandzukiç, 4 – Matias Yorgensen, 2.
Baş hakim: Nestor Pitana (Argentina).
Nijni Novqorod. “Nijni Novqorod” stadionu.
www.yenicag.az