Affekt vəziyyətinə düşən 39 yaşlı ana 7 yaşlı oğlunu bıçaqlayaraq öldürüb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Şimali Kipr Türk Respublikasında baş verib. Bilge Lord Kunduracı adlı qadın dəcəllik edən oğluna əsəbləşərək onu qarnından bıçaqlayıb. 7 yaşlı Ərcan Kaya Kunduracı hadisə yerində keçinib. Nəvəsinin öldürülməsi anına şahid olan Tahir Lord adlı baba isə infarkt keçirərək həyatını itirib.
Səs-küyü eşidən qonşular polisə xəbər veriblər. Hadisə yerinə gələn polislər eyni vaxtda evdən iki meyit çıxarıb.
Faktla bağlı cinayət işi açılıb. Araşdırma davam edir.
www.yenicag.az