Bakıda uşaq və yeniyetmə itkin düşüb.
Yenicag.az-ın xəbərinə görə, hər iki hadisə dekabrın 1-də paytaxtın Sabunçu rayon ərazisindəki eyni ünvanda baş verib.
Belə ki, 2006-cı il təvəllüdlü Sabina Tereşko saat 20 radələrində yaşadığı Sabunçu qəsəbəsi, Qasımov küçəsi, ev 14, mənzil 12-dən çıxıb və bir daha geri qayıtmayıb.
Bundan başqa, S.Tereşko ilə eyni ünvanda yaşayan, 2009-cu il təvəllüdlü Maksim Kraşennikov eyni saatda evdən çıxıb və bir daha geri qayıtmayıb.
Daha sonra onların anaları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Hər iki faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.
www.yenicag.az