Amerikada “Florens” qasırğa nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali Karolinada 530 mindən çox, Cənubi Karolinada isə 60 mindən çox istehlakçı işıqsız qalıb.
Qeyd edək ki, bundan əvvəl təbii fəlakət nəticəsində 20 nəfərin öldüyü bildirilirdi.
Xatırladaq ki, sentyabrın 14-də ABŞ-ın şərq sahilləri “Florens” qasırğasının təsirinə məruz qalıb.
www.yenicag.az