!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dəhşətli qətllə bağlı YENİ DETALLAR: Əhməd idmançı olub, əvvəllər də cinayət törədib

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, bu gün Bakıda 1999-cu il təvəllüdlü Əhməd Əhmədov öz ailəsinin 5 üzvünü xüsusi amansızlıqla qətlə yetirib.

Yenicag.az xəbər verir ki, “Qafqazinfo”ya dəhşətli hadisənin bəzi təfərrüatları bəlli olub.

Məlumata görə, Əhməd vaxtilə idmanla məşğul olub. Sonradan idmanda aldığı zədə onun sağlamlığına ciddi təsir edib. Bu səbəbdən 25 yaşlı gəncin mütəmadi olaraq Psixiatriya Xəstəxanasında yatdığı bildirilir.

Ailəni tanıyanların sözlərinə görə, Əhməd onlarla birgə yaşamayıb, onun üçün hətta avtomobil alınıb, başqa evdə yaşamasına da şərait yaradılıb.

Hadisə baş verən gün səhər tezdən Əhməd marketdən bıçaq istəyib. Lakin ilk girdiyi marketdən bıçaq ala bilmədiyi üçün başqasına yollanıb.

O, axşamtərəfi əvvəlcə atasını öldürüb. Daha sonra əli qanlı marketin qarşısına düşüb, anasını gözləyib. Anası direktor olduğu məktəbdən gələndən sonra isə marketin arxa hissəsindən baltanı götürərək mənzilə tərəf qalxıb. Bu zaman market işçiləri polisə məlumat verib.

Buna qədər isə Əhməd anası ilə qardaşını öldürüb.

Qeyd edək ki, Əhməd Əhmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

***

Bu gün Bakıda ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədovla bağlı daha bir fakt bəlli olub.

Yenicag.az bakupost.az-a istinadla xəbər verir ki, Əhməd bir müddət bundan əvvəl də cinayət törədib.

Belə ki, onun yaxın dostunu bıçaqladığı bildirilir. Deyilənə görə, hadisəyə səbəb dostunun Əhmədin ünvanına söyüş söyməsi olub.

Məlumatda o da bildirilir ki, o zaman tərəflər məsələni öz aralarında həll ediblər.

Qeyd edilir ki, güləşlə məşğul olan Əhməd vaxtilə Azərbaycan çempionu olub. Onun qətlə yetirdiyi və əslən Qazax rayonundan olan atası Mehman Əhmədovun da idmançı olduğu bildirilir.

52 yaşı olmasına baxmayaraq, güclü və fiziki cəhətdən sağlam olan Mehman Əhmədovun oğlu tərəfindən necə qətlə yetirməsi də ailəni tanıyanların təəccübünə səbəb olub.

COP29

www.yenicag.az

757
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv