Yolun kənarındakı divara çırpılan avtomobildən sağ çıxan olmayıb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Tokat vilayətində partlayışla nəticələnən dəhşətli qəza baş verib. Yüksək sürətlə hərəkət edən maşın yoldan çıxaraq, divara çırpılıb. Avtomobil toqquşmanın şiddətindən partlayıb və salondakı beş nəfər yanaraq ölüb. Ahmet Parayın idarə etdiyi maşındakı sərnişinlərin kimliyini müəyyən etmək hələlik mümkün olmayıb. Qeyd edək ki, prokurorun hadisə yerindəki dəlilləri nəzərdən keçirtməsindən sonra yanmış cəsədlər tibbi ekspertizaya göndərilib.
www.yenicag.az