Dəhşətli zəlzələ: 31 nəfər yaralandı

media-hightechnic-468x90

saatlarında baş verən 5,4 bal gücündə zəlzələ nəticəsində 31 nəfər xəsarət alıb.

Xəstəxanalara yerləşdirilən yaralılardan heç birinin vəziyyəti ağır deyil.

Çin Seysmologiya Mərkəzinin məlumatına əsasən, iyunun 22-də yerli vaxtla saat 22:29-da İbin şəhərinin Qonsian qəzasında yeraltı təkanlar baş verib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar vilayətin inzibati mərkəzi olan Çendu şəhərində də hiss olunub. İyunun 23-də ərazidə 4,6 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

Hazırda bölgədə axtarış-xilasetmə işləri aparılır.

Qeyd edək ki, iyunun 17-də İbin şəhərində baş verən 6 bal gücündə zəlzələ 13 nəfərin ölümünə, 200-dən çox adamın yaralanmasına səbəb olmuşdu. Zəlzələnin törətdiyi fəsadlarla əlaqədar 80 min sakin təxliyə edilmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600