Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Dəhşətli zəlzələdə ölənlərin sayı artıb - FOTO

Albaniyada noyabrın 26-sı baş verən zəlzələ nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

Yenicag.az-ın məlumatına görə, dağıntılar altından təxminən 45 nəfər xilas edilib.

Məlumata əsasən, axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, Albaniyada noyabrın 26-sı 6,4 bal gücündə zəlzələ baş verib. Ocağı 10 kilometr dərinlikdə olan yeraltı təkanlar həmçinin Şimali Makedoniya, Serbiya, Monteneqro, Bosniya və Herseqovina, Yunanıstan, Xorvatiya və İtaliyada da hiss olunub.

Daha əvvəl 27 nəfərin öldüyü, 650 nəfərin isə xəsarət aldığı bildirilib.

Albaniya hökuməti noyabrın 27-sini ümummilli matəm günü elan edib.

         

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

2179