Dələ öldürən şəxs saxlanıldı
Polis Bakıda dələ öldürən şəxsi tapıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri məlumat verib. O, bildirib ki, dələni öldürən Çingiz Hətəmov artıq saxlanılıb. “Çingiz Hətəmov ov qaydalarını kobud şəkildə pozaraq dələni öldürüb öz şəxsi İnstagram səhifəsində yerləşdirmişdi. Bizim tərəfimizdən Bakı şəhər Baş Polis İdarəsinə həmin şəxsin tapılması ilə bağlı müraciətdən sonra operativ şəkildə həmin şəxs Nərimanov rayon Polis İdarəsi tərəfindən saxlanıldı. Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti əməkdaşları tərəfindən həmin şəxsin izahatı alınıb. O, İnzibati Xətalar Məcəlləsinin 111.2-ci maddəsində nəzərdə tutulmuş maksimum məbləğdə, yəni 2000 manat cərimə olunub. Çingiz Hətəmov dələni Tofiq Bəhramov adına stadionun arxa tərəfindəki meşəlikdə taparaq öldürdüyünü etiraf edib”, – İ.İbrahimova bildirib.