Dəm qazından daha bir boğulma hadisəsi

media-hightechnic-468x90

meyit-tecili-yardim-evden-cixarirlar1Azərbaycanda dəm qazından daha bir boğulma hadisəsi baş verib.

Şəki şəhər-rayon Polis Şöbəsindən  verilən məlumata görə, hadisə dekabrın 1-i axşam saat 20:30 radələrində Şəki şəhəri, Haqverdiyev küçəsi ev-6 ünvanında qeydə alınıb.

1952-ci il təvəllüdlü, Aydın Yusif oğlu Yusifovun meyiti ailə üzvləri tərəfindən yaşadığı evin vanna otağında aşkar olunub. Hadisə yerinə çağırılmış həkim briqadasının müayinəsi zamanı 62 yaşlı Aydın Yusifovun dəm qazından zəhərlənərək ölməsi müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600