Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Dəmir yol stansiyasında əməliyyat - Saxlanılan var

Polis Ağstafada dəmir yol stansiyasında əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, nazirliyin Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında Ağstafa dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş M.Həsənov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 80 qram marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları onun yaşadığı evdən əlavə olaraq 224 qram marixuana da aşkar edərək götürüblər.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş X.Sutanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 385 qram marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

872
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM