!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Demokratiyadan dəm vuran Fransanın ƏSL SİMASI: “Təzminat məsələsi...”

!Reklam – Yazi

“Hazırda Afrika ölkələrinin Fransaya qarşı təzminat məsələsi gündəmdədir”.

Bunu Yenicag.az-a açıqlamasında Böyük Azərbaycan Partiyasının (BAP) sədri, millət vəkili Elşad Musayev deyib.

Özünü insan hüquqlarının beşiyi adlandıran Fransanın miqrantlara qarşı baş tutan polis zorakılığından danışan deputatın sözlərinə görə, Parisin insan haqları haqqında danışması qəribə görünür.

“Çünki Fransa ən axırıncı ölkələrdən biridir ki, o, insan haqları və hüquqlarından danışır. Fransa uzun müddətdir həyata keçirdiyi müstəmləkəçilik siyasətini indi də davam etdirir. Afrika ölkələri hələ də müstəmləkə əsarətində saxlanılır. Tarixdə onlara qarşı Fransa tərəfindən soyqırımı həyata keçirilib. Hazırda Afrika ölkələrinin Fransaya qarşı təzminat məsələsi gündəmdədir. Fransa törətdiyi cinayətlərə görə dövlət olaraq cavab verməlidir. Bir sözlə, Fransadan miqrantlarla, insan haqları, ədalətli mövqe ilə bağlı gözlənti sadəlövhlükdür”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

327
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv