Dəniz quldurları tərəfindən qaçırılan 15 türk dənizçi xilas edildi

media-hightechnic-468x90

Nigeriya ərazi sularında dəniz quldurları tərəfindən qaçırılan 15 türk dənizçi xilas edilib.

Yenicag.az “Anadolu Agentliyi”nə istinadla xəbər verie ki, “Motsart” gəmisinin heyət üzvlərinin səhhəti normal olaraq qiymətləndirilir.

Xilasetmə əməliyyatının təfərrüatlı hələ ki açıqlanmır.

Xatırladaq ki, yanvarın 23-də dəniz quldurları Türkiyə şirkətinə məxsus, Liberiya bayrağı altında üzən “Motsart” gəmisinə hücum ediblər.

Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb. Hücum zamanı azərbaycanlı mühəndis Fərman İsmayılov həlak olub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600