Xəzər Boru Kəməri Konsorsiumuna PUA-larla hücum edildi

media-hightechnic-468x90

Qazaxıstan neftinin daşınmasında iştirak edən iki tanker Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) dəniz terminalı yaxınlığında pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan Respublikası Energetika Nazirliyi təsdiqləyir ki, 2026-cı il 13 yanvar tarixində Qara dənizin akvatoriyasında XBKK-nın dəniz terminalı yaxınlığında Qazaxıstan ixrac neftinin daşınmasında iştirak edən iki gəmi ilə bağlı insident baş verib”, – deyə bəyanatda bildirilir.

Nazirliyin məlumatına görə, hücuma məruz qalan “Matilda” və “Delta Harmony” tankerleri Malta və Liberiya bayraqları altında üzürdülər. Onlar Qazaxıstan nefti ilə yüklənməmişdi, buna görə də respublikanın enerji resurslarına zərər dəyməyib. Nazirlik əlavə edib ki, heyət üzvləri arasında da xəsarət alan olmayıb.

Qurumun açıqlamasında qeyd olunub ki, “Matilda” tankerinin gövdəsi kritik zədələr almayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa