İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatdı

media-hightechnic-468x90

İranda etirazlar başlayandan bəri ölənlərin sayı 3 minə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

“SEPAH etirazları yatırmaq üçün odlu silahdan istifadə edib və morqlar meyitlə doludur” , – məlumatda qeyd olunub.

Bildirilib ki, bəzi meyitlərin şəxsiyyəti müəyyənləşdirilməyib. Proses həmin şəxslərin yaxınlarının morqlara dəvətindən sonra aparılacaq. SEPAH isə etirazlarda öldürülənlərin terrorçu olduğunu iddia edir.

Qeyd edək ki, daha əvvəl xarici mediada ölü sayının 2 minə çatdığı açıqlanıb./Report/

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa