!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dənizdə boğulan gəncin müəmmalı ölümü

!Reklam – Yazi

İki il əvvəl Buzovnada çimərlikdə boğulan Laçın rayon sakini, 2000-ci il təvəllüdlü Rəşad Əlizadə ilə bağlı yeni faktlar üzə çıxıb.

Yenicag.az xəbər verir ki, 2020-ci il avqustun 11-də çimərlikdə boğularaq ölən gəncin əslində tamamilə başqa səbəbdən vəfat etməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, əldə edilmiş məlumatlar əsasında bu ilin mart ayında Bakı şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə (ehtiyatsızlıqdan adam öldürmə) cinayət işi başlanılıb. İşin materialları Xəzər rayon Prokurorluğuna göndərilib.

Martın 31-də R.Əlizadənin meyiti ekshumasiya olunub və zəruri ekspertizalar təyin edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. /Kriminalqafqaz/

COP29

www.yenicag.az

363
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv