Deport skandalı BÖYÜYÜR: “Rusiyanın Azərbaycana qarşı şovinist siyasətinin davamıdır”

media-hightechnic-468x90

“Azərbaycan XİN Rusiyaya nota göndərməlidir”.

Bu fikirləri uzun illər Rusiyada yaşamış politoloq Fuad Abbasov Yenicag.az-a bildirib.

media-fuad_abbasov3

Analitik millət vəkili Azər Badamovun Rusiyaya girişində saxlanılaraq deport edilməsinə sərt reaksiya göstərib:

“Əlbəttə ki, deputat Azər Badamovun Rusiyaya girişinin qadağan edilməsi və saxlanılaraq geri göndərilməsi Rusiya-Azərbaycan əlaqələrinə müsbət təsir göstərə bilməz. Bunu 9 May qələbə paradı və Azərbaycan Prezidentinin Rusiyaya dəvət edilməsi ərəfəsində həyata keçirilməsi də qeyri-ciddi bir fəaliyyətdir. Əgər Azər Badamov istər Dövlət Dumasının deputatı Nikolay Valuyev, istərsə də digər hər hansı səbəbə görə Rusiyada “persona-non qrata” edilibsə, rəsmi Moskva əvvəlcədən dövlət, parlamentlərarası dostluq qrupu, sərhəd xidməti səviyyəsində bildiriş göndərməli idi. Nəticə etibarilə, bunların heç biri edilmədikdən sonra vətəndaş pasportu ilə deyil, diplomatik pasportla ölkəyə giriş etmək istəyən millət vəkilini saxlayıb geri göndərirlər”.

Politoloq qeyd edib ki, belə olan halda deputata bilet də satılmamalı idi:

“Əgər belə bir şey vardısa, öncədən xəbər verərək deputata bilet də satılmamalı idi. Çünki bu, dəfələrlə sıravi vətəndaşların başına gəlib, onlara aviaşirkət bilet satmadan Rusiyaya girişinin qadağan olduğunu deyirlər. Bu xəbərdarlığın heç biri edilmədən millət vəkilinə qarşı belə bir addım atılması qeyri-ciddi bir addımdır”.

F. Abbasov əlavə edib ki, bu hadisəyə görə dövlət qurumları hərəkətə keçməlidir:

“Bu hadisəyə görə nəinki Xarici İşlər Nazirliyi nota verməlidir, hətta parlamentlərarası dostluq qrupu da ciddi şəkildə xəbərdarlıq etməlidir. Çünki Rusiya Sərhəd Xidmətinin Federal Təhlükəsizlik Xidmətindən almış olduğu təlimatlar əsasında Azər Badamovun saxlanılaraq deport edilməsinə qərar verilib. Bütün bunların hamısının Rusiyanın Azərbaycana qarşı şovinist siyasətinin davamının bir parçası olduğunu düşünürəm”.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600