Deputat: “Gəncədə yeni iş yerlərinin yaradılmasına ciddi ehtiyac var”

media-hightechnic-468x90

Regionlarda, xüsusilə də Gəncə şəhərində yeni iş yerlərinin yaradılmasına ciddi ehtiyac var.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev 2026-ci ilin büdcə layihəsinə münasəbt bildirərkən deyib.

Onun sözlərinə görə, son illərdə böyük şəhərlərdən, o cümlədən Gəncədən Bakıya miqrasiya prosesi güclənib və bu tendensiya regional iqtisadi tarazlığı poza bilər.

“Gəncədə mövcud iş yerlərinin qorunması və yeni məşğulluq imkanlarının yaradılması vacibdir. Gəlin Gəncəyə sahib çıxaq,” –  deputat vurğulayıb.

Həmzəyev əlavə edib ki, uşaqlar arasında görmə zəifliyi halları artmaqdadır və bir çox valideynlər övladlarını eynəklə təmin etməkdə çətinlik çəkirlər.

“Bu istiqamətdə dövlət dəstəyi göstərilməlidir,” – deputat qeyd edib.

O, həmçinin sahibsiz heyvanlarla bağlı məsələyə toxunaraq bildirib ki, regionlarda bu sahədə işlərin aparılması üçün həm maliyyə vəsaitinə, həm də vaksinasiya tədbirlərinə ehtiyac var./anews.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa