Deputat infarktdan öldü

Türkiyənin hakim partiyası AKP-nin Qaziantep şəhəri üzrə millət vəkili Abdülkadir Yüksel dünyasını dəyişib.

Yenicag.az qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, deputat infarkt nəticəsində vəfat edib. Yaxınları onu dərhal xəstəxanaya çatdırsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 55 yaşlı Yükselin 3 övladı var idi.