Deputat İTV-yə məktub ünvanladı: Dadaşlinski Nurullayevanı görüşə çağırdı

media-hightechnic-468x90

Azərbaycan televiziya məkanında ilk hesab edilən və sevilərək izlənilən “3D” verilişinin son buraxılışı da maraqlı anlarla yadda qalıb.

Yenicag.az xəbər verir ki, İTV-də yayımlanan verilişin son buraxılışının qonağı millət vəkili Aqil Abbas olub.

Aqil Abbasla Azərbaycan futbolundan danışan aparıcı Dadaş Dadaşlinski verilişə gəlmək istəməyən deputatlarla bağlı bəzi fikirlər səsləndirib.

Dadaşlinski qeyd edib ki, verilişdə “danışmayan deputatlar” haqqında klip hazırlandıqdan sonra xanım millət vəkili Könül Nurullayeva kanala məktub ünvanlayıb.

“Eşitdiniz də, Aqil müəllim sonda dedi ki, Dadaş müəllim, deputatlar sizi sevmir. Deputatlarla aramızdakı məhəbbət ocağı, nədənsə, sönür. Deyəsən, buna səbəb Əzizin parlamentdə danışmayanlar haqqında mahnısıdır. Sözümün təsdiqi kimi də, bu həftə millət vəkili Könül Nurullayeva kanala məktub ünvanlayıb. Könül xanım Əzizin qeyd etdiklərinin həqiqəti tam əks etdirmədiyindən gileylənir. Hörmətli Könül xanım, nə demək olar?! Buyurun, gəlin görüşək. Söhbət edək və bütün müəmmalı məsələlərə aydınlıq gətirək. Mən hazır, bəs siz?”

Heyət verilişin sonunda milli komandamızın baş məşqçisi Canni De Byaziya “şao” deməyi də unutmayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600