Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib.
“Görünür Teymur Musayev çox yumşaq adamdır. Ya bəsirət gücü yoxdur, ya bilmirəm nə baş verir. Həkimlər regionlara getmirlər. Əslində isə göndərilmirlər. İnsanlar rentgendən keçmək üçün Bakıya gəlməlidir. Belə şey olar? Bura gəlib rentgendən keçib sonra cavablarını aparıb rayonda həkiminə verir ki, gedib-gəldim”, – deyə deputat bildirib./unikal/













