!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Deputatdan baş məşqçiliyə Arif Əsədov TƏKLİFİ: “Santosun nəyisə irəli aparacağını düşünmək yanlış olardı”

!Reklam – Yazi

“Nə vaxt ki, çempionat güclü olur, futbol inkişaf edir, o zaman milli komanda artıq xarici məşqçinin, alternativ oyunçular seçmə imkanı əsasında yaxşı bir komanda formalaşmasına şərait yaradır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan millisinə Fernando Santosun gətirilməsi haqda danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Fernando Santos təbii ki, təcrübəli, özünü təsdiq etmiş və kifayət qədər də reytinqi olan məşqçidir.

“Yaşının çox olmasına baxmayaraq, yenə də böyük təcrübəyə malikdir. Onun gəlişi Azərbaycan futbolu üçün faydalı ola bilər. Lakin mən Arif Əsədovun baş məşqçi kimi komandanı çalışdırmasından yana idim. Arif Əsədov kifayət qədər qabiliyyətli, Azərbaycan futbolunda xidməti olmuş bir şəxsiyyət olduğuna görə, daha çox inam və imkan verilsəydi, onun rəhbərliyi altında da milli komanda normal oyun nümayiş etidirərək bunu davam etdirə bilərdi. Hər halda milli komandaya xarici məşqçi gətirilməyinin gələcəkdə normal ola biləcəyi düşüncəsindəyəm. Nə vaxt ki, çempionat güclü olur, futbol inkişaf edir, o zaman milli komanda artıq xarici məşqçinin, alternativ oyunçular seçmə imkanı əsasında yaxşı bir komanda formalaşmasına şərait yaradır. Lakin indi elə bir vəziyyət olmadığına görə, alternativ komandada müəyyən mövqelərdə oynayan futbolçuların yoxluğu ancaq konkret oyunçular üzərində durmaqdan başqa yol göstərmir. O baxımdan da hər hansı şəkildə Santosun nəyisə irəli aparacağını düşünmək yanlış olardı”, – deyə o bildirib.

Deputat qeyd edib ki, Arif Əsədov variantının üzərində durulsa və ona daha çox dəstək verilsəydi, bu işi daha irəli aparmaq imkanı olardı:

“Çünki o, futbol həyatını, futbolçuları, tanıyır və bilavasitə bizim mühitin içindən çıxan, istedadlı mütəxəssisdir. Belə bir vəziyyətdə düşünürəm ki, Santosun nəyisə yaxşı mənada dəyişəcəyini gözləmək olmaz. Hər halda, Santos karyerası, təcrübəsi olan məşqçidir. Mən onun komandanın “sükanı arxası”na keçməsini o qədər də fəlakətli hesab etmirəm. Komandaya fayda verə biləcəyini düşünürəm. Lakin birinci növbədə milli çempionata diqqət yetirməliyik. Sahibkarları futbol həyatına cəlb etməliyik. Bunlar olmadan çempiomatı da qaldırmaq mümkün deyil”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

391
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv