Deputatdan həmsədrlərə qarşı sərt ittihamlar

“Beynəlxalq təşkilatlar, xüsusən də ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın 28 ildir Azərbaycan torpaqlarını işğal altında saxlamasına görə məsuliyyət daşıyırlar. Çünki indiyə qədər işğalçıya qarşı sərt tədbirlər görməyiblər, sanksiyalar tətbiq etməyiblər”.

Bunu Yenicag.az-ü açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

O vurğulayıb ki, uzun illərdir Azərbaycan cəmiyyətində Minsk qrupunun həmsədrlərinə qarşı inamsızlıq var: “Vasitəçilər ildə bir nəçə dəfə bölgəyə səfərə gəlirdilər. Eyni zamanda iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil edirdilər və sonda da bir bəyanat verib işlərini bitmiş sayırdılar. Azərbaycanda da çox adam həmsədrlərin bu səfərlərinə turist gəzintisi kimi baxırdı. Artıq bir neçə aydır onlar bölgəyə gələ bilmirlər, çünki koronavirus pandemiyası buna imkan vermir, sərhədlər bağlıdır. Yəni onların öz fəaliyyətsizliklərini səfərlərlə ört-basdır etmək varinatı alınmır. Belə bir vəziyyətdə yeni üsul tapıblar, Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında görüşünü təşkil edirlər. İndi haqlı sual yaranır ki, əgər Ermənistan rəhbərliyi ilə uzun illərdir üzbə-üz aparılan müzakirələr bir nəticə verməyibsə,videokonfrans vasitəsilə nəyəsə nail olmaq mümkündürmü? Rəsmi Yerevanın indiyə qədər tutduğu qeyri-konstruktiv mövqeyə, münqaişənin həllindən hər vəclə boyun qaçırmasına əsaslanıb demək olar ki, XİN başçılarının videokonfrans formatında görüşləri də heç bir nəticə verməyəcək”.Milli Məclisin deputatı hesab edir ki, Minsk qrupu həmsədrlərinin videokonfrans formatında danışıqların aparılması ilə bağlı təklifi gözdən pərdə asmaqdan, guya münaqişənin həllinə çalışmaları görüntüsü yaratmaqdan başqa bir şey deyil: “Prezident İlham Əliyev bir neçə gün əvvəl televiziyalara müsahibəsində dedi ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Dövlət başçımız qeyd etdi ki, bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir. Bu, çox doğru və dəqiq yanaşmadır, Azərbaycan cəmiyyətinin mövqeyini tam əks etdirir. Artıq bizim həmsədrlərə heç bi inamımız qalmayıb. Vaxtilə azərbaycanlılarda bu inam, etimad olub, amma dünyanın üç güclü dövlətini təmsil edən diplomatlar bunu doğrultmayıblar. Azərbaycan ABŞ, Rusiya və Fransanın vasitəçi olmasına ona görə razılıq verib ki, bu ölkələr işğala son qoyması üçün Ermənistana təzyiq göstərsinlər. Onlar da bunu etmir, işğalçı ölkənin status-kvonu saxlamaq cəhdlərinin qarşısını almırlar. İndi Azərbaycan nə etməldiir? Minsk qrupu həmsdərlırinə təsir edə biləcək format axtarışına çıxmalıdır?”.Ü.Quliyev bildirib ki, Azərbaycanın rəsmi qurumları, o cümlədən vətəndaş cəmiyyəti institutları Minsk qrupu həmsədrlərindən narazılığı hər fürsətdə onların diqqətinə çatdırmalıdır: “Vasitəçilər bilməlidirlər ki, bu fəaliyyətləri, daha dəqiqi fəaliyyətsizlikləri Azərbaycan torpaqlarının işğalının davam etməsinə səbəb olur. Bunu ölkəmizdə hamı bilir. Amma həmsədrlər onu da bilməlidirlər ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Azərbaycan çalışır ki, münqaişə danışıqlar vasitəsilə, sülh yolu ilə həll olunsun. Çünki qan tökülməsini, insanların ölməsini istəmirik. Bizim indiyə qədər səbir etməyimiz də bununla bağlıdır. Azərbaycan istənilən vaxt BMT Nizamnaməsini əsas götürüb öz ərazi bütövlüyünü bərpa etmək üçün hərəkətə keçə bilər. Ona görə də sabah müharibə başlayanda, buna görə Ermənistanla yanaşı həmsdərlər də məsuliyyət daşıyacaq”.