Deputatlar yenə toplanır - İclasın gündəliyi
İyulun 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçiriləcək.
Yenicag.az xəbər verir ki, iclasın gündəliyinə üç məsələ daxil edilib.
Deputatlar komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı və 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulan iş planının layihəsi barədə müzakirə aparacaqlar.
Daha sonra isə cari məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.