Kipr məsələsində strateji yol xəritəsində hədəf: Yeni danışıqlar prosesi

media-hightechnic-468x90

Kiprdə olduqca hərəkətli başlayan bir həftə yaşayırıq. BMT Baş katibi Antonio Quterreşin Kipr üzrə nümayəndəsi Mariya Holqin 6 aydan sonra adaya qayıtdı.
Prezident Erhürman və Kipr Rum Rəhbərliyinin lideri Kristodulidis ilə görüşdü və yeni bir danışıqlar prosesinin siqnalını verdi.

media-banner_tkm

Cenevrədə “5+1” formatında Sammit üçün hazırlıqların getdiyini açıqladı.
Eyni saatlarda Cənubi Kipr ilə Fransa arasında qeyri-rəsmi SOFA (Qüvvələrin Statusu Haqqında Saziş) müqaviləsi imzalandı.media-whatsapp-image-2026-06-11-at-23-03-52-1

Qarant ölkədən kənar başqa bir ölkənin hərbçiləri Rum tərəfində yerləşdiriləcək.
BMT-dən heç bir səs çıxmır, lakin biz artıq “Quterreş Təşəbbüsü” haqqında danışmağa başlamışıq.

BMT Baş katibi Quterreş səlahiyyət müddəti bitməzdən əvvəl, on ildir başlamayan danışıqlar üçün son bir təşəbbüs irəli sürdü. Altı aylıq müddətdə Kiprdə qalıcı bir həll üçün ortaq məxrəc (ortaq zəmin) axtarılacaq. ŞKTC (Şimali Kipr Türk Cümhuriyyəti) və Cənubi Kipr Rum Rəhbərliyi arasında nə qədər ortaq zəmin olduğu, əlimizdəki vasitələr və bunun qısa müddətdə strateji bir razılaşmaya çevrilib-çevrilməyəcəyi danışıqlar zamanı bəlli olacaq.

Holqin şənbə günü liderlərlə ikinci dəfə bir araya gələcək.

Gələn həftə isə Türkiyə və Afinada Xarici İşlər nazirləri ilə görüşlər keçirməsi gözlənilir.

Holqinin Gündəliyində Nə Var? “5+1” Nə Vəd Edir?

Holqinin gündəliyində bizi Cenevrəyə aparacaq strateji bir layihə var. Bu strateji layihə illərdir iki icma arasında həllini tapmayan problemləri yenidən müzakirəyə çıxarır.

Erhürman və Kristodulidisin danışıqlar prosesi üçün təklif etdiyi metodların və etimad quruculuğu tədbirlərinin masada olduğunu deyə bilərik. Əgər bütün tərəflərin qəbul edəcəyi bir kompromis zəmini yaranarsa, strateji sənəd ortaya çıxacaq. Daha sonra Cenevrədə zamin ölkələrin də qatılacağı yeni bir danışıqlar mərhələsi baş tutacaq. Yeni danışıqlar “5+1” formatında keçiriləcək.

Bu görüşdə 2017-ci ildə Krans-Montanada cızılan “Quterreş Çərçivəsi”nin yenilənməsi gözlənilir. Erhürman və Kristodulidisin təkliflərinin yer aldığı strateji sənədin Quterreş kriteriyaları ilə modifikasiya edilərək strateji razılaşmaya nail olunması hədəflənir.

Ortaq əməkdaşlıq mühiti yaranarsa, Kipr probleminin həllində yol xəritəsi olacaq strateji sazişin elan edilməsi gözlənilir. Bir müddət sonra hərtərəfli bir həllə doğru addım atılacaqmı, yoxsa danışıqlar ab-havası formalaşacaqmı? Buna Kipr cəmiyyəti və siyasi iradələr qərar verəcək.

Yeni Danışıqlar, Strateji Razılaşma Prosesi

Kipr məsələsinin həllində hərtərəfli danışıqlar üçün mövcud konyuktura əlverişli görünmür.

Şimali Kipr və Cənubi Kiprin aşıla bilməyən tabuları və qırmızı xətləri var. Kipr türklərinin suverenliyi müzakirə mövzusu ola bilməz.
Türkiyənin ŞKTC-ni suveren bərabər bir dövlət kimi tanıtmaq iradəsi davam edir. Rumlar isə bərabər pay bölgüsü istəmir. Rum lider Kristodulidis: “Mən danışıqlar masasına artıq Kipr Respublikasının Prezidenti kimi əyləşəcəyəm”, – deyə bəyanat vermişdi.

Yəni “adanın yeganə sahibi mənəm” deyir. Bu, qəbuledilməzdir! Əslində, o, federasiya zəminin verməyəcəyini və bunun rumlar üçün də bir həll yolu olmadığını təsdiqləyib. Kristodulidis türk əsgərinin adadan çıxmasını, Türkiyənin zaminliyinin ləğv olunmasını istəyən bir siyasi profildir. Onun Aİ-yə sədrlik müddəti iyunun 30-da başa çatır. Bu sayılı günlərdə daxili siyasətdəki uğursuz liderliyini xarici siyasətdəki bütün rıçaqlardan istifadə edərək ört-basdır etməyə çalışır. Cənubi Kiprdə gələn il prezident seçkiləri keçiriləcək.
Rumların və Netanyahunun rəğbətini qazanmaq üçün siyasi manevrlər etməyə çalışsa da, güclü bir namizəd olmadığı təcrübə ilə sabitdir.

Nəticə olaraq:

Hərtərəfli danışıqların aparılması üçün iki tərəf arasında etimadın olması şərtdir! İllərdir davam edən ağrılar var. Cənubi Kiprdə artan türk düşmənçiliyi, işğalçı siyasət, Kipr türklərinin azlıq kimi görülməsi və birtərəfli qeyri-rəsmi müqavilələr aradan qaldırılmalıdır. Biz elə bir Rum tərəfindən danışırıq ki, sırf Kipr türklərinin statusu yüksələr qorxusu ilə bir keçid qapısını belə aça bilmir, hətta yanğınsöndürmə təyyarəsi yardımını belə qəbul etmir.

İki icma arasında ilk növbədə əməkdaşlıq mədəniyyəti inkişaf etməlidir. Hər iki icmanın maraqlarına əsaslanan enerji və ticarət layihələrinin həyata keçirilməsi zərurətdir. İki fərqli mədəniyyət arasında “Əməkdaşlıq Planlaşdırılması” təcrübədən keçdikdən sonra icmalar və rəhbərlər hərtərəfli danışıqlara qərar verəcəklər – proqnozlar bu yöndədir.

Əlbəttə, cəmiyyətləri də unutmaq olmaz. Danışıqlar proseslərinin ən mühüm hərəkətverici qüvvəsi məhz cəmiyyətlərdir. Kipr xalqı illərdir çox yorulub.

Türkiyə Danışıqların Harasındadır?

Kristodulidisin “Ərdoğan Yaşıl İşıq Yandırdı” İddiası

Rum lider Kristodulidis və Rum mətbuatı davamlı olaraq Prezident Ərdoğanın bu prosesə yaşıl işıq yandırdığı iddiasını gündəmdə saxlayır.

Prezident Ərdoğanın BMT kürsüsündən qətiyyətlə vurğuladığı kimi, Türkiyə Kipr adasında suveren bərabərliyə əsaslanan iki dövlətli həll siyasətinin tərəfdarıdır. Rumların “yaşıl işıq” iddiaları, əslində, Prezident Erhürmanın masaya qoyduğu 4 bəndlə bağlıdır. Türkiyə Kiprdə zamin ölkə olaraq ŞKTC-nin yanındadır və təbii ki, onu dəstəkləyəcək, danışıqlar aparacaq və müzakirələr edəcəkdir.

Əslində, Prezident Erhürmanın açıqlamalarından da bu aydın görünür.
Erhürman Kipr türklərinin siyasi bərabərliyinin qəbul edildiyi, suverenliyin bölüşdürüldüyü ortaq bir zəmin yarandığı təqdirdə Rum liderlə görüşəcəyini xüsusi olaraq vurğulayıb.

Regionumuzda gərginliyin artması Türk tərəfi üçün enerji və təhlükəsizlik siyasətində kritik prioritetdir!
Prezident Erhürmanın son vaxtlar verdiyi bəyanatlar və federasiya ritorikasına ehtiyatlı yanaşması, onun bir dövlət xadimi kimi Türkiyə ilə sıx təmas və koordinasiyaya əsaslanan bir strateji xətt izlədiyini göstərir. Rumlar yenə manipulyasiya (reallıq qavrayışı yaratmaq) arxasıncadır. Türkiyə isə manipulyasiyalar və real faktlar məsələsində olduqca təcrübəlidir. Üstəlik, ortada hələ heç bir strateji sənəd yoxdur. Ortaq zəmin üçün mexanizm hazır deyil. Yol xəritəsi və məzmun dəqiqləşməyib.

Regionumuzda davam edən müharibələrin tam ortasındayıq. Şərqi Aralıq dənizində ŞKTC-nin geosiyasi mövqeyi hər zaman imperialist güclərin diqqət mərkəzində olub. Belə bir kritik sınaq dövründən keçərkən Türkiyə Cümhuriyyəti ilə ŞKTC arasına nifaq toxumu səpməyə çalışan fitnəkarlara qarşı diqqətli olmaq hər birimizin milli borcudur.

Yeşim Eryılmaz

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05