!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatlığa namizəd bir paylaşımda 10-a yaxın səhv elədi – FOTOFAKT

!Reklam – Yazi

Sentyabrın 1-i Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində istər Yeni Azərbaycan Partiyasından, istər digər partiyalardan, istərsə də birtərəf namizədlər arasında kifayət qədər tanınmayan simalar var.

Yenicag.az 22 saylı Nəsimi Yasamal seçki dairəsindən ilk dəfə deputatlığa namizəd olan Hüseynov Xaliq İsa oğlu ilə bağlı məlumatları təqdim edir.

O, sosial şəbəkə hesabında paylaşım edərək parlament seçkilərində namizəd olacağı ilə bağlı xəbəri bölüşüb. Lakin etdiyi bu paylaşım müzakirələrə səbəb olub.

Belə ki, onun yazıda həm orfoqrafik, həm də qrammatik səhvlərə yol verməsi sosial şəbəkə istifadəçilərini qəzəbləndirib. Rəy bölməsinə “necə deputat olacağın bilinir” kimi şərhlər yazılıb.

Qeyd edək ki, X.Hüseynov üzvü olduğu YAP Nəsimi rayon təşkilatını “YAP-ın Nəsimi rayon fililalı” kimi təqdim edib. Yəqin bu namizəd hələ də bilmir ki, siyasi partiyaların ərazi təşkilatları olur, filiallar daha çox şirkətlərə aid edilir. Onun səhvi təkcə bununla məhdudlaşmır. Namizəd bir yazısında Azərbaycan dilinin bütün qaydalarının “anasını ağladıb”.

Xatırladaq ki, Xaliq Hüseynovun əsas rəqibi VI çağırış Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadədir. Bu dairə üzrə namizdələrdən biri də Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədovdur.

COP29

www.yenicag.az

438
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv