67 saylı Sabirabad seçki dairəsindən deputatlığa namizəd Dilşad Əhədova rayonunun 25 – dən çox kəndində seçicilərlə silsilə görüşləri keçirib.
Namizəd görüşlərdə Prezident İlham Əliyev tərəfindən regionların inkişafı ilə bağlı həyata keçirilən uğurlu siyasət barədə məlumat verib, həmçinin ölkə başçısının rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı islahatlar və inkişaf proqramlarının əhəmiyyətini qeyd edib və dövlət siyasətinin tam şəkildə dəstəkləndiyini bildirib.
Bundan əlavə, görüşlərdə namizəd seçki platformasını təqdim edərək öz təklif və fikirlərini seçicilərlə bölüşüb, həmçinin rayon sakinlərinin problemlərini dinləyib. Seçicilər isə təqdim edilən proqram və layihələrə dair öz suallarını ünvanlayıblar. Dilşad Əhədova seçicilərin suallarını cavablandırıb, qeyd olunan məsələlərin həlli üçün təkliflərini təqdim edib.
Görüşlərdə iştirak edən seçicilər Dilşad Əhədovanın proqramlarının bölgələrin inkişafına müsbət təsir edəcəyini qeyd edib, namizədin açıq və şəffaf yanaşmasını yüksək qiymətləndiriblər. Sonda isə namizədin seçki kampaniyasının növbəti mərhələlərində də seçicilərlə yaxın əlaqələrin davam etdiriləcəyi, onların rəy və təkliflərinin nəzərə alınacağı bildirilib.
Deputatlığa namizəd Dilşad Əhədovanın Sabirabad rayonunun digər ərazilərində silsilə görüşlərinin keçirilməsi davam edir.
www.yenicag.az