!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deputatlığa namizədlər nə üçün KİV-ləri deyil, sosial şəbəkələri seçir?

!Reklam – Yazi

“Namizədlər daha çox sosial platformalara üstünlük verirlər”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanda sentyabrın 1-i keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsi çərçivəsində namizədlərin ödənişli media imkanlardan yararlanmamasının səbəblərini izah edən seçki texnoloqu Vəli Əlibəyov deyib.

Onun sözlərinə görə, internet şəbəkəsi inkişaf etdikdən və sosial şəbəkələr yaranmağa başladıqdan sonra ənənəvi media öz bazarını itirməyə başladı.
“Belə olan halda seçkidə iştirak edən namizədlər seçici sayını artırmaq və reklam kampaniyasını aparmaq üçün daha çox sosial platformalara üstünlük verir. Əsas səbəb media ilə sosial şəbəkələr arasında maddi resurs baxımından əldə edilən nəticənin fərqin olmasıdır. Yəni həm reklama sərf olunan ödəniş, həm də yüksək nəticəyə nail olmaq baxımından sosial şəbəkə daha az maliyyət, daha çox nailiyyət ilə əlverişli üsuldur.

Əlavə olaraq, Kütləvi İnformasiya Vasitələri auditoriyaya ümumi çıxışa malikdir. Namizədlər isə əgər öz hesablarını aktiv olaraq uzun müddətdir işlədirlərsə, onların öz spesifik auditoriyası formalaşır”, – deyə o, bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

384
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv