Qidalanmasında çoxlu meyvə və tərəvəzlər olan qadınlarda 50 yaşdan sonra qırışlar daha az olur.
Yenicag.az xəbər verir ki, bu barədə Hollandiyanın Erazmus Universitetinin alimləri araşdırma aparıb. Alimlər 50 yaşdan yuxarı olan 2700 insanın qidalanması haqqında məlumatlar toplayıb. Daha sonra bu insanların üz qırışları müayinə olunub.
Araşdırma nəticəsində məlub olub ki, daha çox meyvə-tərəvəz və balıq yeyən qadınların qırışlarının sayı və dərinliyi daha az olub.
Qırmızı ət, çörək və şirniyyatlardan sui-istifadə edən qadınlarda qırışlar daha çox və dərin olub.
Kişilərin qidalanması isə qırışların say və dərinliyinə ciddi təsir etməyib.
www.yenicag.az