Dərslər Formula 1-ə görə gec başlayacaq? - Rəsmi açıqlama

media-hightechnic-468x90

Formula 1 yarışları ilə əlaqədar məktəblərdə tədrisin sentyabrın 21-dən etibarən başlayacağı ilə bağlı fikirlər səsləndirilir.

Elm və Təhsil Nazirliyindən Yenicag.az-a bildirilib ki, 2025-2026-cı tədris ilinin başlamasına təsadüf edən Formula 1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir.

“Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur. Əlavə olaraq bildiririk ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı Formula 1 Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək”, – açıqlamada qeyd olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa