!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Deyirlər ki, “stukaç”lıq elə...” – Deputatdan “vergi xəbərçiliyi”nə REAKSİYA/VİDEO

!Reklam – Yazi

Vergilər Nazirliyinin vergidən yayınma halları ilə bağlı məlumat verən vətəndaşları mükafatlandırmaq vədi birmənalı qarşılanmayıb.

Bu barədə Yenicag.az-a danışan Milli Məclisin deputatı Araz Əlizadə bu praktikanın dünyanın əksər ölkələrində tətbiq olunduğunu deyib:

“Burada qeyri-adi heç nə yoxdur. Dünyanın əksər ölkələrində geniş yayılmış praktikadır.

Məsələn, tutaq ki, siz haradasa işləyirsiz və bilirsiz ki, sizin işəgötürəniniz vergidən yayınır, o halda siz bu barədə məlumat verə bilərsiz. Yəni deyirlər ki, istəyirsən, vəziyyətin yüngül olsun, “stukaç”lıq elə.. Bütün dünyada olduğu kimi.

Yenə deyirəm, bu praktikadan dünyanın bütün aparıcı dövlətlərində istifadə olunur. Hər halda, bu, normal cəmiyyətlər üçün normaldır. Azərbaycan cəmiyyətinin nə qədər normal olduğuna isə siz özünüz qərar verin”.

Qeyd edək ki, “vergi xəbərçiliyi”nin stimullaşdırıla biləcəyini Vergilər Nazirliyi Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayeva deyib:
“Əgər vergi yayınması ilə bağlı məlumat daxil olarsa, dərhal yerində yoxlamalar aparılır. Amma mükafatlandırılma mexanizmi yoxdur. Bu sahə bizdə yeni olduğu üçün düşünürəm ki, gələcəkdə bu məsələ həllini tapa bilər”.

www.yenicag.az

2724
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv