Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Diaspor fəaliyyətində fərqlənən şəxslərə medal veriləcək - FOTO

Reklam: Sinerji Pro

Azərbaycanda yeni medal təsis edilib.

Yenicag.az-ın məlumatına görə, bu barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis ediləcək.

Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfəyə, diasporun Azərbaycan Respublikası ilə əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanla bağlı obyektiv informasiyanın yayılmasında göstərilən xidmətlərə, Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verilən töhfəyə, Azərbaycan Respublikasının beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə təltif olunacaqlar.

“Diaspor fəaliyyətində xidmətə görə” medalı döşün sol tərəfindən, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. Medal bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, guşələrinin arası iki üzbəüz birləşən qövs şəklində işlənmiş, diametri 40 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

740
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
Margin

Seçki 2020
MARGIN-BOTTOM