DİN-dən Bakıda oğulun anasını ağacla döyməsi ilə bağlı AÇIQLAMA

media-hightechnic-468x90

Daxili İşlər Nazirliyi Bakının Nəsimi rayonunda oğulun anasını döyməsi barədə açıqlama verib.

Yenicag.az xəbər verir ki, hadisəni törədən şəxs artıq saxlanılıb:

“1957-ci il təvəllüdlü A.Mustafayevanı döyməkdə şübhəli bilinən oğlu, 1979-cu il təvəllüdlü R.Mustafayev polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma aparılır”.

Qeyd edək ki, ötən gün Bakının Nəsimi rayonunda oğul anasını döyüb. Oğlu qadını ağac budağı ilə döyüb. Yaralı qonşuların köməkliyi ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib./Oxu.az/

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600