Bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakinin Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.
Yenicag.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, sürücü R.Qafarlı və avtomobildə sərnişin qismində olan Bakı şəhər sakini Elxan Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müracət ediblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzada xəsarət alan Elxan Səmədov PFL-in prezidentidir.
www.yenicag.az