Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

DİN İsmayıllıdakı qətllə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) İsmayıllıda baş verən qətllə bağlı məlumat yayıb.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, iyulun 3-də saat 2 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşayan Elçin Cəfərov evində münaqişə zəminində tüfəngdən açdığı atəşlə arvadı Ceyhunə Səfərovanı qətlə yetirib.

İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə E.Cəfərov saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi tüfəng götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

www.yenicag.az

1654
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS