!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

DİN və DTX-dan Cəlilabadda ortaq əməliyyat - FOTOLAR

!Reklam – Yazi

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) və Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 10 kiloqram 625 qram heroin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-yə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Astara rayon sakini Asəf Əlili, Bakı şəhər sakini Cəlal Sumbatov və Cəlal Babayev sonuncunun idarə etdiyi “Khazar” markalı avtomobildə saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə keçirilən baxış zamanı A.Əlili və C.Sumbatovun üzərindən bir bükümdə narkotik vasitə heroin, onların olduğu avtomobildən isə 7 bükümdə ümumilikdə 10 kiloqram heroin, 2 ədəd bıçaq, 3 ədəd şpris və 1 ədəd şüşə ampula aşkarlanaraq götürülüb. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə edib və Bakı şəhərində onun deyəcəyi yerə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını təşkil etməli olublar.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.yenicag.az

408
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv