"Dinamo"nun baş məşqçisi: "Rəqibin gücü bizə bəllidir"

media-hightechnic-468x90

“Daha çox müdafiədə diqqətli çıxış etməyə çalışacağıq”.

Yenicag.az xəbər verir ki, bunu “Dinamo”nun (Zaqreb, Xorvatiya) baş məşqçisi Sergey Yakiroviç “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis “Qarabağ”ın güclü rəqib olduğunu bildirib: “Ötən oyunu böyük hesabla qalib bitirməyimizə baxmayaraq, cavab matçına da yaxşı hazırlaşmışıq. Rəqibin gücü bizə bəllidir. Daha çox müdafiədə diqqətli çıxış etməyə çalışacağıq”.

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki “Maksimir” stadionunda baş tutan “Dinamo” – “Qarabağ” matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-i saat 20:45-də baş tutacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600