İqtisadiyyat nazirliyi “Diqlas”dakı yanğında zərərçəkən sahibkarlarla görüşüb.
Yenicag.az xəbər verir ki, nazir müavini Niyazi Səfərov icarədarları bir-bir qəbul edib. Onlardan “Diqlas”dakı fəaliyyəti haqda məlumatlar alıb. N.Səfərov bildirib ki, prezidentin tapşırığı ilə onlara lazımi dəstək göstəriləcək və bunun üçün araşdırma aparılır.
Natiq adlı sahibkar qeyd edib ki, 10 ildir “Diqlas”da fəaliyyət göstərirlər və 1 işçisivar. Ortalama aylıq dövriyyəsinin təxminən 30 min manat olduğunu deyib və əlavə edib ki, mağazadakı heç bir malın sığortası olmayıb.
İcarədar əlavə edib ki, “Diqlas”ın sahibinə aylıq 1200 manat icarə haqqı verib, vergi də ödəyib, amma son aylarda VÖEN-i olmayıb: “Vergi və sosial, icarəyə ümumi 1600 manat verirdik. Mənim mağazada yanmayan seyfim var idi, içində də pul. Yanğından sonra girib baxdıq, dollarlar istidən əl vuran kimi qopub tökülürdü. Banklara da müraciət etdim, pulu götürmədilər. Bizim anbar və dükanda 380 min manatlıq malımız var idi. Seyfdə də 6350 manat, 12 950 dollar var idi”./Qafqazinfo/
www.yenicag.az