Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Diqlas”dakı yanğında 10 nəfər tüstüdən zəhərlənib, FHN əməkdaşı xəsarət alıb - YENİLƏNDİ

Bakının Nizami rayonu ərazisindəki “Diqlas” ticarət mərkəzində baş vermiş yanğının söndürülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı xəsarət alıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində yanğınsöndürmə briqadasının bir əməkdaşı sağ əlin kəsilmiş yarası ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qurumdan bildiriblər ki, hazırda hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib.

***

10:59

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğında 10 nəfər tüstüdən zəhərlənib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, bu barədə 6 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi məlumat verilib.

Qeyd olunub ki, həmin şəxslər müayinə olunduqdan sonra buraxılıb.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, hadisə ilə əlaqədar şöbəyə gətirilən olmayıb.

Loading...

www.yenicag.az

7897
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100