Bu günədək təhsil kreditindən faydalanan tələbələrin sayı açıqlandı
Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən bu günədək e-ttkf.edu.az elektron portala 70 min 393 müraciət daxil olub. Onlardan 57 min 25 təhsil tələbə krediti (TTK) müqaviləsi rəsmiləşdirilib.
Yenicag.az xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin 2024–2025-ci tədris ilinə dair hesabatında yer alıb.
Məlumatda qeyd olunub ki, onlardan 19 min 710-u (34.6 faiz) sosial, 37 min 315-i (65.4 faiz) standart növ təhsil tələbə kreditidir. Gender bölgüsü üzrə kredit müqavilələrinin 35 min 128-i (61.6 faiz) qadın, 21 min 897-si (38.4 faiz) kişi tələbələrin payına düşür. Rəsmiləşdirilən kreditlərdən 39 min 528-i (69.3 faiz) bakalavriat, 14 0 min 80-i (24.7 faiz) magistratura, 3 171-i (5.5 faiz) orta ixtisas təhsili, 246-sı (0.5 faiz) isə peşə təhsilinə aiddir. Bu günə kimi geri ödənişi başlamış və akademik göstəriciləri yüksək olduğuna görə 428 sosial TTK müqaviləsi üzrə 50 faiz və 990 standart TTK müqaviləsi üzrə 25 faiz güzəştlər tətbiq olunub. Ümumilikdə 466 min manatdan bir qədər çox vəsait bağışlanıb.