Bakıda mağazaların birində kiloqramı 4.59 manata “Şəfəq” sosiskaları endirimlə 3 manata satılır. Satıcılar bu məhsulu topdansatışdan 2.40 manata aldıqlarını bildirirlər.
Bəs 1 kiloqram sosiskanın maya dəyəri təxmini hesablama ilə 8-10 manata başa gəldiyi halda, bu 2-3 manata satılan məhsul nədir? Satıcıların öz aralarında “pişik sosiskası” adlandırdıqları məhsulun üzərində istehsalçı haqqında bu məlumatlar var: “Ünvanı Abşeron rayonu, Saray qəsəbəsi, Bakı-Sumqayıt şosesi 129, istehsalçı şirkət fiziki şəxs Məmmədov R.-ya məxsusdur”.
“Sitat.info” məsələ ilə bağlı araşdırma aparıb.
Ətraflı videoreportajdan izləyin.
www.yenicag.az