!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Diqqət: Gələn ildən bu şəxslərin maaş və pensiyaları artacaq

!Reklam – Yazi

Gələn ildən pensiya, orta aylıq əməkhaqqı, müavinətlər və bəzi peşə sahiblərinin maaşların artması gözlənilir.

Yenicag.az xəbər verir ki, bununla bağlı dekabr ayının 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, 2020-ci il yanvarın 1-dən pensiyalar (bütün, o cümlədən minimum pensiya) orta aylıq əməkhaqlarının artımı qədər – təxminən 13-14 faizə yaxın artırılacaq.

Keçmiş deputat Musa Quliyev isə dekabr ayının 2-də Azərbaycan Televiziyasının “Telesəhər” verilişində bildirib ki, əmək pensiyaları haqqında qanuna edilən son əlavə və dəyişikliklərə görə pensiyalar orta aylıq gəlirin artım faizinə görə indeksləşdirilir:

“2019-cu ildə bizim orta aylıq əmək haqqımız təxminən 14 faiz artıb. Deməli, gələn il bütün kateqoriyalardan olan pensiyalar, ən azı, 15 faiz artacaq. Minimum pensiya 200 manatdırsa, gələn il 230 manat olacaq.

Hazırda orta aylıq pensiya 250 manat təşkil edirsə, gələn il ərzində bu rəqəm 300 manata çatacaq.

Bundan başqa, 2020-ci ilin dövlət büdcəsinin xərcləri bu illə müqayisədə 6,8 faiz artıb. Sosial müdafiə xərclərinin isə 23 faiz artımı nəzərdə tutulub. Bu o deməkdir ki, gələn il əmək haqları, pensiyalar, müavinətlər artacaq”.

Verilişdə açıqlama verən keçmiş deputat Cavid Osmanov isə qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsinin 50 faizi insanların sosial rifahının yaxşılaşdırılması üçün ayrılıb:

“2020-ci ilin dövlət büdcəsi müstəqil Azərbaycanın dövlət tarixində ən iri həcmli büdcədir. Gələn ilin dövlət büdcəsində vergilərdən yığılan vəsait 8 milyard manata yaxın olacaq. 2020-ci ilin dövlət büdcəsinin 40 faizi, təxminən 10 milyard manat insanların sosial rifahının yaxşılaşdırılmasına istiqamətlənib. Bura məcburi köçkünlər və qaçqınların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara müavinətlərin verilməsi, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial rifahının yaxşılaşdırılmasını əlavə etsək, görərik ki, növbəti ilin dövlət büdcəsinin 50 faizi sosial istiqamətdə xərclənəcək”.

Həmçinin gələn il yanvar ayının 1-dən (ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanıldıqdan sonra) həkimlərin də maaşlarının artacağı gözlənilir.

Bu barədə 2019-cu ilin iyul ayında açıqlama verən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirmişdi ki, Azərbaycanda həkimlərin əməkhaqqı artacaq və bu, iki hissədən ibarət olacaq:

“İki hissə isə ondan ibarətdir ki, bir tərəfdən həkimin aldığı maaş artacaq və bu sabit olacaq. Digər tərəfdən isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq”.

Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov dekabr ayının 11-də jurnalistlərə açıqlamasında bildirib ki, yaxın 7-10 gün ərzində icbari tibbi sığorta tətbiq ediləcək tibb müəssisələrində işləyən həkimlərin maaşı və maaşa əlavələrlə bağlı məlumatlar veriləcək:

“Məsələ son razılaşdırma mərhələsindədir. Maaşlar həkimin tutduğu vəzifə və təcrübəyə uyğun, Vahid Tarif Cədvəlinə əsasən müəyyən olunacaq. Bundan başqa, həvəsləndirici əlavələr də olacaq. Əgər həkim rayon, kənddə işləyirsə, onun yaşadığı yerdən işlədiyi kənd məntəqəsinə qədər məsafə 15-20 kilometrə qədərdirsə, həvəsləndirici əlavə alacaq. Məsafə 20 kilometrdən yuxarıdırsa, ayrı həvəsləndirici əlavə tətbiq olunacaq. Ən əsası isə, həkimin baxdığı xəstə sayına görə də əlavələr olacaq”.

Ş.Eyvazov qeyd edib ki, pilot layihədə 7-8 min manat maaş alan həkimlər olub və bu, onların səhiyyənin qanunlarını aşmadan yüksək xidmət göstərməsi ilə bağlı olub.

Əlavə edək ki, təhsil eksperti Kamran Əsədov gələn ildən müəllimlərin əməkhaqları və tələbələrin təqaüdlərinin artması barədə məlumat paylaşmışdı. O bildirmişdi ki, bunu dövlət büdcəsindən son 5 il ərzində təhsilə ayrılan vəsaitin həcmindəki böyük artımdan açıq şəkildə görmək olar:

“2020-ci il dövlət büdcəsində təhsil xərcləri üçün 3 milyard 155 milyon 800 min manat vəsait ayrılacaq. Bu vəsait 2019-cu illə müqayisədə 38,3 faiz, yaxud 873,6 milyon manat çoxdur.

2019-cu il dövlət büdcəsində təhsil sektoru üzrə xərclər 2 milyard 280 milyon manat, 2018-ci ildə 2.043.989.508 manat, 2017-ci ildə isə 1.859.499.497 manat olub”.

Növbəti ildən müəllimlərin maaşlarının artması barədə isə Təhsil Nazirliyindən rəsmi mövqe bildirilməyib.

Xatırladaq ki, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat, ehtiyac meyarı isə 160 manat məbləğində müəyyən edilib. (lent.az)

COP29

www.yenicag.az

1099
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv