Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

DİQQƏT: Hədiyyə kartı adı ilə pullarınızı itirə bilərsiz

“Kaspersky Lab”ın ekspertləri internetdə fırıldaqçı sxem aşkar ediblər.

Yenicag.az xəbər verir ki, cinayətkarlar istifadəçilərə tamamilə pulsuz olaraq hədiyyə kartlarının kodunu yaratmağı təklif edirlər, məsələn, “iTunes”, “Google Play”, “Amazon”, “Steam” və s.

Bunun üçün onlar hazırladıqları fişinq saytları vasitəsilə istifadəçiləri digər partnyor internet-resurslara yönəldirlər. Orada istifadəçilər şəxsi məlumatlarını daxil edirlər ki, bunun müqabilində saxta saytların sahibləri pul alır.

Nəticədə, istifadəçilər nəinki heç bir hədiyyə kartının kodunu əldə etmir, hətta pullarını itirmək və ya şəxsi məlumatlarını kompromitə etmək riski ilə qarşılaşır.

İcra keyfiyyətinə görə, fırıldaqçı generator-saytları müxtəlif olar bilər, onların linkləri isə əsasən bir neçə üsulda olur: məsələn, spam-yayılma və ya öz məqsədinə çatmaq üçün heç bir vasitədən çəkinməyən reklam şəbəkələrinin bannerləri vasitəsilə.

Cinayətkarların hərəkət alqoritmi həmişə eyni olur.

İstifadəçi pulsuz kod əldə etmək marağındadırsa, o, saytda hədiyyə kartını seçməlidir. Yalnız bundan sonra sistem “kodun yaradılması” və ya “sındırılma” prosesinə başlayır.

Kodu əldə etmək üçün istifadəçi, robot olmadığını təsdiqləməlidir.

Yəni təklif olunan linkə daxil olub, müvafiq tapşırığı yerinə yetirməlidir: sorğudan keçməli, lotereya oynamalı, telefon nömrəsini və poçt ünvanın qoymalı, ödənişli SMS-göndərilməyə yazılmalı və ya reklam proqram təminatını quraşdırmalıdır. Nəticədə istifadəçi ya intəhasız partnyor saytlara daxil olur, ya da simvollardan ibarət saxta hədiyyə kartının kodunu əldə edir.

Reklam verənlər şəxsi məlumatları spam göndərilmələrində istifadə edə bilər.

Qeyd etmək lazımdır ki, bəzi qanuni əlavələr həqiqətən də hədiyyə kartlarının kodlarını rəsmi vendorlardan alıb, onları artıq şirkətə bu cür xərclərin kompensasiyası üçün lazım olan qədər mənfəət gətirmiş müştərilərinə təqdim edirlər. Məsələn, “Tokenfire” və “Swagbucks”. Bu əlavələr öncədən xəbərdarlıq edirlər ki, hədiyyə kartını yalnız onların sistemində qazanılmış xallar müqabilində “almaq” mümkündür. Onlarla müqayisədə fırıldaqçı generator saytları daha cəlbedici görsənirlər, belə ki, istifadəçidən hədiyyə kartı müqabilində heç bir şey tələb etmirlər.

“Kaspersky Lab”ın məzmun-analitiki Lyubov Nikolenko pulsuz hədiyyə kartı əldə etmək üçün qanuni və etibarlı mənbələrdən istifadə edilməsini bildirib.

Fırıldaqçıların qurbanına çevrilməmək üçün “Kaspersky Lab” istifadəçilərə bir neçə qaydaya riayət etməyi tövsiyə edir:

1. Bütün cəlbedici təkliflərə sağlam skeptisizmlə yanaşın;
2. HTTPS-birləşmənin mövcudluğunu və veb-səhifələri açan zaman domenin adını yoxlayın, əsasən də, əgər söhbət məxfi məlumatı tələb edən saytlardan gedir;
3. Heç vaxt məxfi məlumatlarınızı (login və parollar, bank kartlarına aid məlumatlar və s.) özgə şəxslərə verməyin, belə ki, rəsmi şirkətlər sizdən bu cür məlumatları internetdə tələb etməyəcək;
4. Şirkətdən həqiqətən hədiyyə kartlarının kodlarını satdığını və generator-saytın onun partnyoru olduğunu dəqiqləşdirin./Trend/

www.yenicag.az

2400
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS