Diqqət! Hərbi səfərbərlik elan olunur

media-hightechnic-468x90

86612b9a68afbf9db4c7e392e6ca0b2bsilahliqübvvelerAzərbaycanda ehtiyatda olan hərbçilər yenidən hərbi təlimlərə çağırılıblar.

Yenicag.az azvision-a istinadən xəbər verir ki, hərbi təlimlər bundan sonra mütəmadi olaraq davam edəcək: “Azərbaycan Respublikası Prezidentinin Ali Baş Komandanın təsdiq etdiyi plana əsasən Silahlı Qüvvələrdə keçirilən təlimlərə Azərbaycan ordusunda xidmət keçmiş ehtiyatda olan vətəndaşlar cəlb olunurlar. Bu təlimlərə tələb olunan hərbi uçot ixtisası hərbi vəzifəlilər cəlb olunur və onların cəlb olunma qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsində nəzərdə tutulub. Vətənimizin müharibə şəraitində olması səbəbindən, ordumuzu düşmənə layiqli cavab verməyə daim hazır saxlamaq məqsədilə belə təlimlər mütəmadi olaraq davam edəcək”.

Qeyd edək ki, AzVision.az-a daxil olan məlumata görə, həqiqi hərbi xidmətlərini başa vuran əsgərlər yenidən qeydiyyatda olduqları hərbi komissarlıqlara çağırılıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600