Smartfonlar, planşetlər və smart saatlar kimi elektron cihazların düzgün doldurulmaması və istifadəsi nəticəsində meydana gələn batareya partlayışları bu gün qaçılmaz reallığa çevrilib.
Gecələr cibimizdə gəzdirdiyimiz və tez-tez yastığımızın altına qoyduğumuz mobil telefonlar saatlı bomba kimi təhlükələr yaradır.
Yenicag.az xəbər verir ki, mütəxəssislər istifadəçilərə telefonu düzgün və vaxtında doldurmaq barədə xəbərdarlıq ediblər.
Orijinal məhsul düzgün istifadə edildikdə partlayışa səbəb olmur. Başqa bir təklif budur ki, telefonun batareyası 10 faiz olanda onu doldurmalıyıq. 100 faiz olduqda isə birbaşa çıxarmaq lazımdır.
Telefonu enerjiyə qoyub yatmaq olmaz. Həmin telefon səhərə qədər cərəyana məruz qalır. Bu tamamilə yanlışdır. Bu, telefonun batareyasının şişməsinə və partlayışlara səbəb ola bilər. Yatarkən telefonu da bədənimizdən uzaq tutmalıyıq. Çünki radiasiya insanlara təsir edir.
Düzgün istifadə edildiyi təqdirdə batareyanın ömrünün 3-4 il olduğu bildirilir. Yəni batareyanın ömrü istifadəçidən asılıdır. Orijinal akkumulyatordan istifadə edilərsə, istehlakçı ondan 3 ildən 4 ilə qədər istifadə edə bilər.
www.yenicag.az