Son zamanlar həm uşaqlarda, həm böyüklərdə ən çox eşitdiyimiz problemlərdən biri diqqət yayğınlığıdır. Valideynlər müəllimlərdən övladları barəsində daha çox bu ifadələri eşidirlər: “Diqqəti dərsdə deyil, əgər fikrini cəmləyə bilsə, tapşırıqların öhdəsindən çox yaxşı gələr”. Bu kimi fikirlər böyüklərə də aiddir.
Tutaq ki, böyüklər də işə diqqətlərini tam yönəldə bilsələr daha uğurlu ola bilərlər. Bəs bu kimi hallar niyə baş verir? Diqqətin yayınması hansı halda baş verir? Pozitiv Psixologiya Mərkəzinin rəhbəri, Beynəlxalq təcrübəyə malik psixoloq Fidan Məmmədzadə səbəbi və çıxış yollarını belə açıqlayır:
Diqqət yayğınlığı uşaqlarda daha çox rast gəlinən problemdir. Hər hansı bir psixoloji və ya ailədaxili problemlər, yaxud da mükəmməlliyyətçi valideyn tipləri uşaqlarda müəyyən görüntülərin şüuraltına həkk olmasına şərait yaradır. Belə uşaqlar daim qayğılı görünür, dərs prosesində fikirlərini tam cəmləyə bilmirlər. Dərs yükünün ağırlığı da bu prosesdə tətikləyici rol oynayır.
Böyüklərin fikir dağınıqlığı isə onların həyat tərzi, yorğunluq, stress kimi faktorlardan asılıdır. Məhz bu amillər işimizə diqqətimizi tam yönəltməyə imkan vermir.
Bununla bağlı olaraq, Pozitiv Psixologiya Mərkəzində seanslar aparılır. Diqqət dərsləri həm uşaqlar, həm böyüklər üçün nəzərdə tutulub. Aparatlar vasitəsilə diqqəti korreksiya edə bilirik. Həmin aparatlar diqqətə bağlı olan beyin dalğalarının hansının normadan artıq, ya da aşağı olduğunu təyin edir. Əgər dalğa normadan yüksək olarsa, biz onu korreksiya edərək, inanılmaz nəticələr qazanırıq.
www.yenicag.az